Xahiş edəcəyik ki, Türkiyə rus gəmilərini buraxmasın - Səfir

Xahiş edəcəyik ki, Türkiyə rus gəmilərini buraxmasın - Səfir 

Kiyev Ankaraya Ukraynaya qarşı hərbi əməliyyatlar baş verəcəyi təqdirdə Rusiya gəmiləri üçün Qara dənizdəki boğazlara çıxışın bağlanması məsələsinə baxmağı təklif edə bilər.

Bu barədə Ukraynanın Türkiyədəki səfiri Vasili Bodnar danışıb.

“Genişmiqyaslı hərbi müdaxilə və ya Ukraynaya qarşı hərbi əməliyyatların başlanması halında, müharibə təkcə de-fakto deyil, həm də de-yure olanda Türkiyə hökumətindən Qara dəniz boğazlarının bağlanması imkanını nəzərdən keçirməyi xahiş edəcəyik”, - səfir söyləyib.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər