Xanım jurnalisti bıçaqla hədələyən şəxsin axtarışı dayanıb? -

Xanım jurnalisti bıçaqla hədələyən şəxsin axtarışı dayanıb? - AÇIQLAMA

Xəbər verildiyi kimi, bir neçə ay öncə Bakıda jurnalist Aytən Məmmədovaya yaşadığı binanın blokunda bıçaqla hücum edilib.

Hadisə mayın 8-i gecə saatlarında Binəqədi rayonu, Mir Cəlal küçəsi 11 ünvanında yerləşən binanın blokunda qeydə alınıb. Belə ki, A.Məmmədova yaşadığı binanın blokunda liftə girən zaman bir nəfər onun arxasınca içəri daxil olub. Daha sonra həmin şəxs bıçağı jurnalistin boğazına dirəyib və adını çəkmədiyi məhkəmə işinə görə onu hədələyib, proses barədə yazmamasını tələb edib. Hücum edən şəxs A.Məmmədovaya xəsarət yetirərək hadisə yerindən qaçıb. Daha sonra hadisə ilə bağlı istintaq işi başladılıb. Jurnalistə edilən hücum cəmiyyətdə pislənilib. Hadisənin hansı məqsədlə törədilməsi haqqında müəyyən iddialar olsa da, heç bir dəqiq məlumat yoxdur.

DİA.AZ bildirir ki, jurnalist Aytən Məmmədova Cebhe.info-ya açıqlamasında istintaq işinin dayandırılması haqqında heç bir xəbərdarlığın edilmədiyini deyib:

“Güman edirəm ki, istintaq davam edir. Əgər icraat dayandırılsaydı, bu barədə mənə və ya vəkilimə məlumat verilməli idi. İcraatın dayandırılması barədə mənə və ya vəkilimə heç bir məlumat verilməyib. Həm də bir müddət əvvəl mənim işimlə bağlı kimsə sosial şəbəkədə paylaşım etmişdi, həmin paylaşıma münasibət bildirən Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin şöbə rəisi Elşad Hacıyev istintaqın davam etdiyini bildirmişdi. Hansı post olduğunu xatırlamıram, yəni ona görə deyirəm ki, istintaq davam edir”.

O, istintaqın gedişi haqqında müəyyən məlumatlara malik olduğunu qeyd edib:

“Bir neçə ay bundan əvvəl Bakı Şəhər Baş Polis İdarəsinin səlahiyyətli şəxslərindən biri ilə görüşmüşdüm. Həmin vaxt mənə qarşı törədilən cinayətlə bağlı görülən əməliyyat istintaq tədbirləri barədə müəyyən məlumatlar verildi və o zaman bildirildi ki, istintaq davam edir”.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi