Xankəndi tamamilə “söndü”: işıq da yoxdur

Xankəndi tamamilə “söndü”: işıq da yoxdur 

Azərbaycanın Qarabağ iqtisadi zonasının rus sülhməramlılarının müvəqqəti məsuliyyət zonasında olan Xankəndi şhərinin elektrik təchizatı tam kəsilib.

Axar.az xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb.

Bildirilib ki, bu gün 21:00 radələrindən Xankəndidə artıq elektrik enerjisinin verilməsi də dayanıb.

Qeyd edək ki, Qarabağ iqtisadi rayonunun ermənilər yerləşdirilən hissəsində qazın verilməsi 8 martdan dayandırılıb. Bunun səbəbi kimi qaz xəttində qəza göstərilir. Qəza Azərbaycan Ordusunun nəzarət etdiyi ərazidədir.

Hazırda elektrik enerjisindən qızınmaq üçün istifadə edilir ki, buna da elektrik xətləri dözmür və sıradan çıxır.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər