XANKƏNDİDƏ AKSİYA KEÇİRİLİB - Separatçı rejim çarəsiz durumdadır

XANKƏNDİDƏ AKSİYA KEÇİRİLİB - Separatçı rejim çarəsiz durumdadır 

Azərbaycan ordusunun bölgədə mövqelərin və dislokasiya yerlərinin dəqiqləşdirilməsi işlərini aparması Qarabağdakı erməniləri qorxuya salıb.

Eyni zamanda Qarabağdakı terrorçu qruplaşmaların bölgəni tərk etməməsi, 10 noyabr 2020-ci il razılaşmasına əməl edilməməsi Rusiya sülhməramlılarının müvəqqəti təsir zonasında olan ermənilərin də həyatını iflic edib.

Terrorçu dəstələrin vəziyyəti gərginləşdirən təxribatları, magistral qaz kəmərinin sıradan çıxması nəticəsində yaşanan ağır durum erməniləri hövsələdən çıxarıb. Cümə günü Azərbaycanla mövcud vəziyyətin müzakirəsinin guya Vitali Balasanyana həvalə olunduğu iddia edilsə də, sonradan qarşı tərəf Araik Arityunyanın sərsəm fikrini təkzib etdi.

Martın 25-də, axşam saatlarında Xankəndidəki ermənilərin bir qrupu separatçı qurumun yerləşdiyi binanın önünə toplaşıb və vəziyyətlə bağlı etirazlarını səsləndiriblər. Onların qarşısına özünü “nazir” adlandıran Beqleryan, daha sonra isə baş separatçı Arutyunyan çıxıb və sakitlik yaratmağa cəhd edib.

 Hərçənd Araiki dinləyənlərin sayı o qədər də çox olmayıb. Separatçı A.Arutyunyan təkcə 50-60 nəfərlik bir qrup qarşısında danışa bilib.  xeyli sayda polis mundirli qanunsuz dəstələr də gözə dəyib.

Sözügedən kadrlar isə həm Qarabağdakı ermənilərin sayı barədə şişirdilmiş rəqəmlərin həqiqəti əks etdirmədiyini, həm də separatçıların pafoslu çıxışlarına artıq məhəl qoyulmadığını göstərib.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər