Xaricdən Azərbaycana nə qədər pul köçürülüb?

Xaricdən Azərbaycana nə qədər pul köçürülüb? -Ölkəyə göndərilən pul gedəndən çoxdur

Azərbaycan Mərkəzi Bankının yaydığı məlumatda bildirilir ki,2021-ci ilin yanvar-sentyabr ayları ərzində Azərbaycan vətəndaşları xaricə 402.29 mln. dollar həcmində pul köçürüb. Xaricdən isə Azərbaycan vətəndaşlarına 772.47 mln. dollar gəlib.

Xaricə köçürülən pul baratlarının həcmi 19.28 mln dollar, yaxud 5% artdığı halda, xaricdən Azərbaycan vətəndaşlarına köçürülən pul baratlarının həcmi 90.55 mln., yaxud 13% artıb. Nəticədə, fiziki şəxslərin pul baratlarında öncəki illə müqayisədə 24% çox (370.18 mln. dollar) müsbət saldo yaranıb.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi