Xəstəxanalarda ölüm hallarının artması...

Xəstəxanalarda ölüm hallarının artması... 

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinə (TƏBİB) tabe xəstəxanalarda ölüm halları artıb.Bu barədə statistik məlumatlara istinad etməsək də,mətbuatın yaydığı xəbərlərdən bunun artıq gerçək olduğu görünür.Hətta olur ki,bir gündə bir neçə xəstəxanada arzuolunmaz belə hallar baş verir.Belə halların adi hala çevrilməsi isə TƏBİB-ə inamsızlıq hissini biraz da artırıb.

Faktinfo.az xəbər verir ki,7.02.2023-cü il tarixində Şirvan Şəhər Mərkəzi Xəstəxanası "Publik Hüquqi Şəxs" də Sabirabad rayon Polad Tuğay kənd sakini Sayılova Şəfəq Yaşar qızı dünyasını dəyişib.

Bakıda xəstəxanada isə  intihar hadisəsi baş verib.

Belə ki,Qafqazinfo.az-ın məlumatına görə,Yasamal rayonu, M.Həsənov küçəsində yerləşən Respublika Klinik Xəstəxanasında müalicə alan Şabran rayon sakini, 1962-ci il təvəllüdlü C.Əzizov özünü pəncərədən atıb.O, aldığı xəsarətlərdən hadisə yerində vəfat edib.

Faktinfo.az



Birinci məlumatlanmaq üçün facebook səhifəmizi