Xətai rayonunda ağacların dibinə dizel yanacağı tökülüb -

Xətai rayonunda ağacların dibinə dizel yanacağı tökülüb - Nə məqsədlə ?..

Faktinfo.az xəbər verir ki,Bakı şəhərində o cümlədən prospekt və yol kənarında olan -qalan ağacların qırılması,yerində "obyekt" tikilməsi üçün yeni "metod" kəşf edilib.İndi də ağacların dibinə dizel yanacağı tökülür ki,ağac qurusun. Bu "işi" təşkil edənlərin rayon icra hakimiyyətləri ilə əlbir olub "obyekt" tikmək istəyən şəxslərin özlərinin ola biləcəyi belə istisna edilmir.Yoxsa ki,ağacların dibinə su əvəzinə dizel yanacağı nədən tökülsün, fikiri təəccüb doğurur.

Artıq belə halın baş verməsinə dair bir fakt rəsmən təsdiqlənib.Belə ki, Xətai rayonu, İnqilab İsmayılov küçəsi 6 ünvanında ağacların qəsdən qurudulması ilə bağlı daxil olan şikayət Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən yerində araşdırılıb.

Nazirlikdən BakuPost-a verilən məlumata görə, sözügedən ünvana keçirilən baxış zamanı ərazidəki yaşıllıq sahəsinin qəsdən qurudulması məqsədilə yaşköküstə 12-40 sm diametrində 6 ədəd müxtəlif cinsli ağacın naməlum şəxslər tərəfindən dib hissəsinin qazılaraq dizel yanacağının töküldüyü faktı aşkar olunub.

Faktla bağlı akt tərtib edilib və təqsirkarların tapılması üçün Xətai rayon Polis İdarəsinə müraciət olunub.

Sözügedən ağaclara zəruri aqrotexniki xidmətin göstərilməsi üçün ETSN tərəfindən Bakı şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyinə icrası məcburi olan müddətli göstəriş verilib.

Faktinfo.az

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi