Xətai rayonunda idman meydançası satılıb

Xətai rayonunda idman meydançası satılıb 

Xətai rayonu Neapol-15 ünvanında yerləşən idman meydançasının ərazisi hələlik adı məlum olmayan tikinti şirkətinə satılıb.

Bu barədə Faktinfo.az saytına ətraf ərazidə yaşayan sakinlər məlumat veriblər.4 yaşayış binasının əhatəsində yerləşən və həmin ərazidə yaşayan uşaqların yeganə idman və əyləncə yeri olan meydança metal təbəqə ilə hasarlanıb və  orada 2 bloklu, 16 mərtəbəli yaşayış binasının tikilməsi nəzərdə tutulub,bu məqsədlə binanın özülü də qoyulub.

 Onu da qeyd edək ki, tikinti işləri ərazidə yerləşən 90 saylı MİS-in 30, akademik Zərifə Əliyeva adına uşaq bağçasının 10 metrliyində həyata keçirilir. Maraqlısı isə odur ki, burada tikinti işləri yalnız gecə saatlarında aparılır. Digər tərəfdən  tikintinin hansı şirkət tərəfindən və nə məqsədlə aparıldığı barədə ətrafda heç bir lövhədə məlumat yerləşdirilməyib.

  Bu yerdə təbii sual ortaya çıxır: Əgər sözügedən ərazidə tikinti işləri qanuni şəkildə həyata keçirilirsə, Fövqəladə Hallar, Vergilər Nazirlikləri , Bakı şəhər İcra Hakimiyyəti və digər qurumlarla razılıq əldə olunubsa, sənədləşmə işləri qaydasındadırsa, nədən tikinti işləri yalnız gizlin şəkildə gecələr həyata keçirilir?

 Yuxarıda qeyd edildiyi kimi, tikintinin aparıldığı ərazi Xətai rayonunda yerləşir. Görəsən, Xətai rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədovun necə, bu işdən xəbəri varmı?

Məsələ ilə bağlı Xətai rayon İcra Hakimiyyətinin elektron ünvanına sorğu göndərsək də, cavab ala bilmədik. Qarşı tərəfin mövqeyini də dərc etməyə hazırıq.

Araşdırmalarımız davam edir.

Faktinfo.az

Xətai rayonunda idman meydançası satılıbXətai rayonunda idman meydançası satılıbXətai rayonunda idman meydançası satılıb
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi