Xətaidə ağaclar yandırılaraq, məhv edilir -

Xətaidə ağaclar yandırılaraq, məhv edilir - İcra Hakimiyyətindən ŞİKAYƏT

Xətai rayonunda növbəti “yaşıl soyqırım” törədilib. Belə ki, rayon ərazisində, general Əliağa Şıxlinski 32 ünvanında yaşıllığı ələ keçimək istəyən naməlum şəxslər öz çirkin niyyətlərinə çatmaq üçün ağacları yandırıblar.

Bununla bağlı sakinlər müraciət ediblər.

 

Sakinlər bildirirlər ki, ərazidə olan ağaclar qəsdən məhv edilib. Onların sözlərinə görə, dünən - 26 aprel tarixində ərazidəki ağaclar bir gündə iki dəfə yandırılıb. Belə ki, günorta saatlarında FHN-in yanğındürənləri baş vermiş yanğını söndürsələr də, axşam saatlarında ərazidəki ağaclar yenidən yandırılıb.

 

Sakinlər iddia edir ki, bu yanğın Xətai rayon İcra hakimiyyəti rəhbərliyinin göstərişi ilə həyata keçirilib, məqsəd ərazini baha qiymətə satmaq, yaxud orda tikintin həyata keçirməkdir. Bu səbəbdən də, yanğının törədilməsinə məhz İcra Hakimiyyəti nümayəndələrinin məsuliyyət daşıdığı vurğulanır.

 

 

Qeyd edək ki, Xətai rayonunda yaşıllıqların məhv edilməsi yeni deyil. Bu barədə demək olar ki, hər gün hansısa qanunsuzluğun şahidi oluruq. Görünür, bu dəfə də ağacları kəsən şəxslər ya ərazini saxta sənədlərlə satışını təşkil edir, ya da yaşıllığı məhv etməklə, özlərinə obyekt tikmək fikrindədirlər.

 

Ərazidə yaşayan vətəndaşlar bildiriblər ki, ağaclığı kütləvi şəkildə məhv edənlərin Xətai rayon İcra Hakimiyyətinin əməkdaşları olması ərazidə çəkilən fotolar və videolardan təsdiq edilməkdədir.

 

Əslində, ərazinin bir gündə iki dəfə yandırılması da bu faktın heç də təsadüf olmadığını ortaya qoyur. Bu, həm də onu sübut edir ki, ölkə başçısının tapşırıq və tövsiyyələrinə məhəl qoymayan Xətai rayon İcra Hakimiyyətinin rəhbərliyi torpaqların qanunsuz sənədlərlə satışını davam etdirməkdə israrlıdırlar. Ümüd edək ki, Ekologiya və Təbii Sərvətlər naziri sözügedən ərazidə baş verən qanunsuzluğun və cinayət tərkibli əməllərin qarşısını alcaq və bu kimi məmurların qanunla cəzalandırılmasına tapşırıq verəcək.

 Hürriyyət.az

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi