Xəzinədarlıq İdarəsi rəisinin şirkəti üzə çıxdı - SƏNƏDLƏR

Xəzinədarlıq İdarəsi rəisinin şirkəti üzə çıxdı - SƏNƏDLƏR 

Maliyyə Nazirliyi Dövlət Xəzinadarlıq Agentliyinin 7№-li Xəzinədarlıq İdarəsinin rəisi İsmayılov Tərlan Nazim oğlu və “İpək Yolu Sığorta” ASC-nin Direktorlar Şurasının üzvü Mövsümzadə Mirsəməd Eldar oğlu Çexiyada ortaq şirkət açıblar.

Bu barədə araşdırmaçı jurnalist Cavanşir Həsənli məlumat verib.

C.Həsənli qeyd edib ki, “İpək Yolu Sığorta” səhmlərinin 77,48% – AZAL prezidenti Cahangir Əsgərovun qızıları Cəmilə və Məlahət Əsgərovalara (hər biri 38,74%), 19,05% – Silk Vey Aviaşirkətinə və 3,47% – AZAL-a məxsudur.
Mövsümzadə Mirsəməd əvvəllər Bank Silk Vey ASC-nin İdarə Heyətinin sədri olub.
Adı çəkilən şəxslər ötən ilin aprelində Praqada nizamnamə kapitalı 50 min kron olan IM_HERİT SRO şirkətini təsis ediblər. Sənədlərə görə şirkət Çexiyada daşınmaz əmlak almaq və satmaq, kirayə vermək hüququna malikdir.

Adı çəkilən şəxslər hər biri 3.2 milyon kron olmaqla Çexiyanın Əmanət Bankından (ČESKÁ SPOŘİTELNA, A.S.) 25 illiyinə 6,4 miyon kron kredit götürübıər. Şirkətin sənədlərində Mirsəməd Mövsümzadə Azərbaycan vətəndaşıdır, Tağıyev küçəsi 2 ünvanında qeydiyyatdadır. Həmin ünvanda qeydiyyatda olan Nəzrin Mövsümzadə isə 2017-ci ilin sentyabrında Praqa Bələdiyyə Məhkəməsində 50 min kron nizamnamə kapitalı ilə daşınmaz əmlak biznesi sahəsində fəaliyyət hüququ əldə edən MARJAEL SRO şirkətini təsis edib.
Mirsəməd və Nəzrin Mövsümzadələr, eləcə də Mirsəməd Mövsümzadənin atası Eldar Mövsümzadə 2007-ci ildə 200 min kron nizamnamə kapitalı ilə təsis edilmiş MOVEL GRUP SRO şirkətinin də təsisçiləridirlər. Bu şirkətin qeydiyyat sənədlərində onların Rusiya vətəndaşları olduqları qeyd olunub.

Daşınmaz əmlak biznesi sahəsində fəaliyyət göstərən şirkətin aktivləri 2,168 milyon çex kronudur.

Faktinfo.az

 Fotoları təqdim edirik:




Birinci məlumatlanmaq üçün facebook səhifəmizi