Xomeyninin nəvəsi İranı qarışdırdı

Xomeyninin nəvəsi İranı qarışdırdı 

Ayətullah Xomeyninin nəvəsinin öldürülən dini lider Əli İşrakinin həyat yoldaşı və qızları ilə çəkdirdiyi foto İranda müzakirələrə səbəb olub.

Axar.az xəbər verir ki, jurnalistlər İşrakinin qızı Yasəmənə aid tünd göy və sarı rənglərdə çantanın məşhur italyan brendlərindən birinə aid olduğunu iddia edib. Qiymətinin 3799 dollar olduğu deyilən çanta barədə yayılan xəbərlər yerli əhali tərəfindən birmənalı qarşılanmayıb.

Mediada yayılan xəbərlərdən sonra Yasəmən "Snəpçatda" foto paylaşaraq çantanın saxta olduğunu bildirib. O iddia edilən qiymətin bir faizinin qarşılığında çantanı istənilən şəxsə verə biləcəyini söyləyib. Bir çox sosial şəbəkə istifadəçisi çantanın saxta olduğuna inanmayıb.

Xomeyninin nəvəsi İranı qarışdırdı
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi