Yanğının ilkin səbəbi açıqlandı

Yanğının ilkin səbəbi açıqlandı 

Baş Prokurorluq və Fövqəladə Hallar Nazirliyi yanğınla bağlı birgə açıqlama yayıb.

Bildirilib ki, bu gün saat 17:20 radələrində Sumqayıt şəhəri H.Z.Tağıyev qəsəbəsi, Metal baza yolunda yerləşən “Azərsun Sənaye parkı“ kompleksinin ərazisində yanğın hadisəsi baş verib.

 Daxil olmuş məlumat əsasında dərhal Baş Prokuroluğun və FHN-nin əməkdaşları hadisə yerinə çıxıblar.

 İlkin araşdırmalar zamanı müəyyən edilib ki, yanğın kompleksin ərazisində plastik tullantıların atıldığı yerdən başlayaraq, ərzaq və digər anbarlara yayılmaqla geniş ərazini əhatə edib.

 Baş Prokurorluğun İstintaq idarəsində Cinayət Məcəlləsinin 225.2-ci maddəsi ilə cinayət işi başlanıb, prokurorluq və FHN-nin müstəntiqlərindən ibarət istintaq qrupu yaradılıb.

 Yanğının lokallaşdırılması və söndürülməsi üzrə tədbirlər davam etdirilir.

 Yanğın söndürüldükdən sonra hadisənin baş vermə səbəbləri və  dəymiş ziyanın müəyyənləşdirilməsi üzrə istintaq hərəkətləri həyata keçiriləcək.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi