"Yarım milyon adamımız rusiyalıları yalın əllə parçalamağa hazırdırlar" -

"Yarım milyon adamımız rusiyalıları yalın əllə parçalamağa hazırdırlar" - Ukraynalı general

Donbasdakı Birləşmiş Əməliyyat Qüvvələrinin (BƏQ) komandanı, general-leytenant Aleksandr Pavlyuk Ukraynaya ehtimal olunan soxulmanın tarixini söyləyib. Onun versiyasına görə, hücum artıq fevralın 20-də başlana bilər.

Belə bəyanatı Pavlyuk Britaniyanın «Tayms» qəzetinə müsahibəsində səsləndirib.

«Rusiya fevralın 20-də hücuma başlaya bilər - Olimpiya oyunları başa çatandan sonra. Bu tarix bizi narahat edir» - Pavlyuk deyib.

O, xatırladıb ki, fevralın 20-si Rusiya-Belarus birgə «İttifaq qətiyyəti-2022» təlimlərinin son günüdür. O, bu tarixi Ukraynaya hücum niyyəti ilə əlaqələndirir. Pavlyuk inandırmağa çalışıb ki, Ukrayna müqavimət göstərməyə hazırdır.

«Bizim yarım milyona qədər adamımız var ki, bu ölkədə müharibədən keçiblər… Onlar rusiyalıları yalın əllə parçalamağa hazırdırlar» - komandan bəyan edib.

Pavlyukun fikrincə, Kreml zərbəni cənub-şərq istiqamətindən cəmləşdirir ki, ölkənin hərbi və sənaye potensialına maksimum zərər vursun və onu Qara dənizdən təcrid etməyə cəhd göstərsin.

Onun fikrincə, soxulma Xarkovu, Dnepropetrovski və Odessanı hədələyir./AzPolitika.info

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər