Yaşadığımız bina BŞİH-nin 200 metrliyində yerləşir- Gərək,Eldar Əzizovun qəbuluna gedək

Yaşadığımız bina BŞİH-nin 200 metrliyində yerləşir- Gərək,Eldar Əzizovun qəbuluna gedək -ŞİKAYƏT

Səbail rayonu Bünyad Sərdarov 11 binasının bir qrup sakini növbəti dəfə Faktinfo.az saytına müracət edib.

Şikayətçilər Səbail rayonu Bünyad Sərdarov 11 binasının blokunda təmir işinin yarımçıq saxlanılaraq yekunlaşdırılmamasından narazıdırlar.

Belə ki,sözügedən binada yaşayan vətəndaşlar Həsənov Typə Əhməd qızı,Həsənov Rəfiqə Mirəziz qızı,Nəcəfova Sevinc Cəlil qızı,Salamova İnnar Oruc qızı,Hilalov Fuad Fəxrəddin oğlu,Nəcəfov Əli Çingiz oğlu,Həsənova Rəfiqə Çingiz qızı və digər sakinlər bildirirlər ki,küçə boyu bütün binaların blokları təmir olunub,yolun sağı və solunda yerləşən binalarda təmir işləri aparılıb.Hətta yaşadıqları Səbail rayonu Bünyad Sərdarov 11 binasının bloklarından birində də təmir işləri yekunlaşıb. Lakin təmir işləri onların blokunda aparılmayıb.

"Faktinfo.az saytı bu barədə xəbər verdikdən sonra gəlib təmir etməyə başladılar,etdikləri təmiri də yarımçıq qoyub getdilər.Bakı Şəhər İcra Hakimiyyətinə məktub ünvanladıq,aldığımız cavabdan məlum oldu ki,şikayətimiz Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinə yönləndirilib.Yaşadığımız bina BŞİH-nin 200 metrliyində yerləşir,əlacımız ona qalıb ki,kollektiv şəkildə Eldar Əzizovun qəbuluna gedək.Görək o,nə deyir."-məlumatda bildirilir.

Onu da qeyd edək ki,bir müddət əvvəl Səbail rayonu Bünyad Sərdarov 11 binasında yaşayan sakinlər adından sayta daxil olan məlumatda bildirilirdi ki,blokun tavanı,pəncərələri,döşəməsi bərbad vəziyyətdədir,ərazidə siçovullar oynaşır.

Faktinfo.az

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər