Yasamalın İcra başçısına töhmət verilib

Yasamalın İcra başçısına töhmət verilib - SƏBƏB

Ötən həftə Yasamal rayonunda Mikayıl Müşfiqin abidəsi yerləşən park ərazisinin satıldığı barədə xəbər yayıldı.

Xəbərdə Mikayıl Müşfiqin abidəsi yerləşən parkın ərazisində "EveRest” restoranın fəaliyyət göstərdiyi, restoran sahibinin isə hər ay Yasamal Rayon İcra Hakimiyyətinə 2000 manat məbləğində pul ödədiyi vurğulanırdı.

Qlobal.az-ın əldə etdiyi məlumata görə xalqımızın ədəbi fikir tarixində silinməz iz buraxan görkəmli şair Mikayıl Müşfiqin abidəsi ətrafında baş verən son hadisə Prezident Administrasiyasında böyük narahatlıq yaradıb. Şairin heykəlinin yerləşdiyi ərazinin restoran sahibinə verilməsinə görə Yasamal rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənova sərt xəbərdarlıq edildiyi deyilir.

Sosial şəbəkələrdə yayılan məlumatlarda isə Elşad Həsənova sərt xəbərdarlıq yox, töhmət verildiyi iddia edilir.

Yasamal rayon İcra Hakimiyyəti xəbərə münasibət bildirməyib.

Yasamalın İcra başçısına töhmət verilib
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi