Yaşıllaşdırma Təsərrüfatı Birliyi budama dövrü görülməli işləri indi niyə görür?

Yaşıllaşdırma Təsərrüfatı Birliyi budama dövrü görülməli işləri indi niyə görür? 

Yaşıllaşdırma Təsərrüfatı Birliyi illərlə görmədiyi işləri görməyə başlayıb.

Belə ki, Faktinfo.az saytında "Təklif: Yaşıllaşdırma Təsərrüfatı Birliyi Ekologiya və Təbii Sərvətlər nazirliyinə birləşdirilsin" başlıqlı məqalə yayımlandıqdan sonra BŞİH-nin Yaşıllaşdırma Təsərrüfatı Birliyi bir sıra problemləri aradan qaldırmaq məcburiyyətində qalıb.Halbu ki,həmin problemlər ağacların budama dövrü görülməli işlərin siyahısına daxildir.

Bura məhəllə daxili əraziləri,səkiləri əhatə edən ağacların mövsümü olaraq budanması,eləcə də məhəllə daxili və yol kənarlarında olan ağaclarda sanitar təmizləmə işlərinin aparılması,ağaclara forma verilməsidir.Açıq etiraf edilməlidir ki,son illərdə bu işlərə ümumiyyətlə Yaşıllaşdırma Təsərrüfatı Birliyi fikir verməyib.

Hazırda kompleks olmasa da Bakının bəzi ərazilərində bu qəbildən işlər görülür.

Faktinfo.az


Yaşıllaşdırma Təsərrüfatı Birliyi budama dövrü görülməli işləri indi niyə görür?Yaşıllaşdırma Təsərrüfatı Birliyi budama dövrü görülməli işləri indi niyə görür?
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi