Yaxın dəqiqələrdə “Azərbaycan” İES-in 2 bloku istismara veriləcək

Yaxın dəqiqələrdə “Azərbaycan” İES-in 2 bloku istismara veriləcək 

Yaxın dəqiqələrdə “Azərbaycan” İstilik Elektrik Stansiyasının (İES) 2 bloku istismara veriləcək.

Bunu “Azərenerji” ASC-nin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Yəhya Babanlı deyib. 

O bildirib ki, gecə saatlarında yarımstansiyalarından birində baş vermiş qəza ilə əlaqədar ümumi gücü 2 min 400 meqavat olan “Azərbaycan” İES öz fəaliyyətini dayandırmışdı. Görülmüş tədbirlərdən sonra İES-in 2 bloku yaxın vaxtlarda istifadəyə veriləcək. Bu da təxminən 400-500 meqavat elektrik enerjisi deməkdir.

O əlavə edib ki, hazırda respublikanın regionları üzrə elektrik enerjisinin təchizatı 90 faizə çatdırılıb. (virtualaz.org)

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi