Yaxın həftələrdə ukraynalı pilotlar F-16-da təlimlərə başlayacaq - Ağ Ev

Yaxın həftələrdə ukraynalı pilotlar F-16-da təlimlərə başlayacaq - Ağ Ev 

Yaxın həftələrdə ukraynalı pilotların ABŞ F-16 qırıcılarını idarə etmələri üçün təlimlərə başlanacaq.

APA.az xəbər verir ki, bu barədə cümə günü Aspen İnstitutunun təhlükəsizlik üzrə illik forumunda çıxış edən ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan bildirib.

Sallivanın sözlərinə görə, ukraynalı pilotlar üçün təlim proqramı “son bir neçə həftə ərzində hazırlanıb”. O qeyd edib ki, pilotları F-16-nı idarə etmək üçün hazırlamaq adətən çox uzun vaxt aparır, lakin ABŞ prosesi sürətləndirməyə çalışır.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi