"Yeddi kəndin taleyini delimitasiya prosesinə saxlamaq olmaz"

"Yeddi kəndin taleyini delimitasiya prosesinə saxlamaq olmaz" - ÇAĞIRIŞ

Xəbər verdiyimiz kimi, İrəvan Bakının sülh sazişi üzrə növbəti təkliflərinə cavab verib.

Ermənistan Xarici İşlər Nazirliyinin yaydığı məlumatda bildirilir ki, baş nazir Nikol Paşinyanın noyabrın 18-də Azərbaycanla sülh müqaviləsinin imzalanmasına nail olmaq üçün diplomatik səylərin gücləndirilməsi ilə bağlı bəyanatından sonra Ermənistan tərəfi sülh sazişi üzrə altıncı təkliflər paketini Azərbaycan tərəfinə təqdim edib.
“Ermənistan əvvəllər elan edilmiş prinsiplər əsasında münasibətlərin normallaşdırılmasına dair sənədi yekunlaşdırmaq və imzalamaq öhdəliyinə sadiqdir”, - Ermənistan XİN-dən bildirilib.

Məsələyə münasibət bildirən politoloq Elçin Mirzəbəyli Bakupost.az-a açıqlamasında deyib ki, Ermənistan bir tərəfdən sülh müqaviləsindən söz açır, digər tərəfdən isə bölgədə regiondankənar qüvvələrin iştirakı üçün zəmin hazırlamağa, prosesin məhz onların dominant rolu və maraqları müstəvisində irəliyə doğru aparılmasına çalışır:
"Halbuki, Azərbaycanla Ermənistan sülh müqaviləsi ilə bağlı müzakirələri, özünü “vasitəçi” obrazında təqdim etməyə çalışan, amma sülhə və regionun gələcəyinə öz geosiyasi maraqları müstəvisindən yanaşan ölkələrin iştirakı olmadan da apatması mümkündür və hətta zəruridir. Bu baxımdan, nə qədər ki, Nikol Paşinyan sülh prosesinə, gələcəkdə qarşılıqlı münasibətlərə və regiona müdaxilə edə biləcək üçüncü qüvvələri “zəmanətçi” tərəf kimi cəlb etməyə cəhd göstərəcək, o zamana qədər real nəticə əldə etmək mümkün olmayacaq".
Elçin Mirzəbəyli qeyd edib ki, bir dövlətin digərinin ərazi bütövlüyünü tanıması, onun sərhədlərinin toxunulmazlığının və bu sərhədlər daxilindəki əraziləri üzərindəki suveren hüquqlarının qəbul edilməsi ilə müşayiət olunmalıdır:

"Amma bəlli olduğu kimi Azərbaycan-Ermənistan sərhədi delimitasiya olunmayıb. Həmçinin Azərbaycanın 7 kəndi hazırda Ermənistanın işğalı altındadır. Rəsmi İrəvan işğal altında olan Azərbaycan kəndləri ilə bağlı məsələni delimitasiya prosesinə saxlamaq və sərhədlərin müəyyənlişdirilməsi prosesində bazarlıq predmetinə çevirmək istəyir. Bu isə heç bir halda qəbul edilə bilməz. Sülh müqaviləsinə qədər Ermənistan üzərinə götürdüyü bütün öhdəlikləri yerinə yetirməlidir".

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi