“Yəhudi xalqı həmişə Azərbaycan cəmiyyətinin bir parçası olub”

“Yəhudi xalqı həmişə Azərbaycan cəmiyyətinin bir parçası olub” – Səfir

“Azərbaycan və İsrail arasında əlaqələr strateji əhəmiyyət daşıyır”.

Bunu İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyasının (“Azİz”) Bakıda keçirilən təsis konfransında İsrailin Azərbaycandakı səfiri Dan Stav deyib.

Azərbaycan və İsrail arasında əlaqələrin hərtərəfli inkişaf etdiyini bildirən səfirin sözlərinə görə, bu əlaqələr müxtəlif istiqamətləri əhatə edir: “Müdafiə və iqtisadi sahələrdə, habelə enerji sektorunda olan münasibətlərdən danışmaq istəmirəm. Mən əsas diqqətimi xalqlarımız arasında olan münasibətlərə yönəltmək istəyirəm. Xalqlarımız arasında əlaqələrin tarixi çox qədimdir”.

D. Stav qeyd edib ki, yəhudi xalqı həmişə Azərbaycan cəmiyyətinin bir parçası olub: “Yəhudilər azərbaycanlılarla birlikdə sevinib, birlikdə kədərlənib. Azərbaycan hər zaman multikulturalizm nümunəsi olub. Buna görə də, ölkələrimiz arasında əlaqələrin qorunması olduqca vacibdir. Hazırda Azərbaycanda təsis olunan İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyası (“Azİz”) bu münasibətlərin qorunmasında öz töhfələrini verəcək. İsrail səfirliyi də belə vacib tədbirdə iştirak etməkdən qürur duyur”./apa.az

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi