Yeni başçı müavinini işdən çıxardı

Yeni başçı müavinini işdən çıxardı 

Nəsimi Rayon İcra Hakimiyyətində kadr dəyişikliyi olub. 

Qafqazinfo.az-ın məlumatına görə, bununla bağlı yeni icra başçısı Elxan İbrahimov Əmr imzalayıb.

Əmrə əsasən, icra başçısının müavini Ramiz Quliyev vəzifəsindən azad edilib.

Qeyd edək ki, R.Quliyev 4 il idi bu vəzifədə çalışırdı. Daha əvvəl R.Quliyev Şəhərsalma və Arxitektura Komitəsində Regionlarla İş şöbəsində şöbə müdiri vəzifəsində çalışıb.


Birinci məlumatlanmaq üçün facebook səhifəmizi