Yeni ombudsman bəlli oldu-

Yeni ombudsman bəlli oldu- Siyavuş Novruzovun həyat yoldaşı ombudsman seçildi

Milli Məclisin bugünkü plenar iclasında Səbinə Əliyeva yeni ombudsman seçilib.

S.Əliyeva 7 may 1980-ci ildə doğulub. Hüquqşünas ixtisası üzrə təhsil alıb. Hüquq üzrə fəlsəfə doktoru elmi dərəcəsi var, 3-cü dərəcə Dövlət müşaviridir.

Ölkə başçısı tərəfindən “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilib.

O, Konstitusiya Məhkəməsinin Aparat rəhbərinin müavini vəzifəsində çalışıb.

S.Əliyeva Azərbaycanın Çindəki keçmiş səfiri və sabiq millət vəkili Yaşar Əliyevin qızı, millət vəkili Siyavuş Novruzovun həyat yoldaşıdır.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi