“Yeni seçkilər təyin olunandan dərhal sonra...”

“Yeni seçkilər təyin olunandan dərhal sonra...” - Qənizadədən seçki açıqlaması

"Cənab Prezidentin ləğv edilmiş dairələrdə seçkilərin keçirilməsilə bağlı sərəncamı ilə yeni seçkilər təyin olunanda namizədlik məsələsini düşünəcəyəm. Belə hesab edirəm ki, növbəti boş dairələrdə keçiriləcək seçkilərdə iştirak edəcəyəm".

Faktinfo.az xəbər verir ki,bu sözləri Teleqraf.com-a açıqlamasında hüquq müdafiəçisi, keçmiş deputat Çingiz Qənizadə bildirib.

Seçiminin yenidən 80 saylı İmişli-Beyləqan seçki dairəsindən olub-olmayacağı ilə bağlı Çingiz Qənizadə qeyd edib ki, bu barədə dəqiqləşdirmə aparmayıb:

“Hansı dairədən namizədliyimi irəli sürmək məsələsini yəqin seçkilər təyin edildikdən dərhal sonra müəyyən edəcəm. Amma iştirakım mütləq olacaq”.

Qeyd edək ki,O, lider namizəd olduğu 80 saylı İmişli-Beyləqan seçki dairəsinin nəticələrinin ləğvi barədə Mərkəzi Seçki Komissiyasının qərarına hörmətlə yanaşıb.

Lakin elə də ciddi səbəb olmadan Çingiz Qənizadənin lider namizəd olduğu 80 saylı İmişli-Beyləqan seçki dairəsinin nəticələrinin ləğvi hələ də seçicilər üçün qaranlıq qalır.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi