“Yol polisi oğlumu təqib edərək ölümünə səbəb olub…”

“Yol polisi oğlumu təqib edərək ölümünə səbəb olub…” – Prezidentə şikayət +VİDEO

Şirvan şəhər Yol Patrul Xidmətinin əməkdaşları tərəfindən təqibə məruz qalmış və nəticədə həyatını itirmiş Azər Şamiyevin anası Kifayət Şamiyeva ölkə prezidenti İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya və Daxili İşlər naziri Ramil Üsubova həm yazılı, həm də video müraciət ünvanlayıb.

Faktinfo.az xəbər verir ki,bu barədə “AzPolitika.info”ya daxil olan müraciətdə bildirilir:

“Hörmətli ölkə rəhbərliyi, sizə müraciət edərək bildirirəm ki, oğlum Azər Fərəməz oğlu Şamiyev Şirvan YPX-nin üç əməkdaşı: Nazim Mirzəyev, Sadiq və Aqil tərəfindən ardıcıl şəkildə təzyiqlərə məruz qalmışdır. Sonda 12 yanvar 2019-cu il tarixində oğlum 54 BH 327 nömrəli avtomaşını idarə edərkən ondan rüşvət almaqdan ötrü təqib etmişlər. Bu yol polisləri süni şəkildə qəzalı vəziyyət yaradaraq oğlumun ölümcül yaralanmasına, sonda isə ölümünə səbəb olublar.

Əgər oğlumun bu hadisədə hansısa şəkildə günahkar olduğunu bilsəydim, ilk olaraq özüm onun ölkəmizin qanunları qarşısında cavab verməsini tələb edərdim. Lakin mənim oğlum şərəfli həyat sürüb, kasıblıqla ailəsini dolandırıb. Nəticədə mərhum Azərin 4 övladı yetim qaldı.

Şirvan Polis Şöbəsi və prokurorluğu cinayət faktına birtərəfli yanaşaraq polislərə haqq qazandırdılar. Hətta Şirvan şəhər Polis Şöbəsinin müstəntiqi Əhməd Baloğlanov qəza zamanı mərhumun maşınına çırpılmış 99 KM 173 markalı avtomobilin sahibi Əşrəfi qorxuzaraq beş min manat rüşvət müqabilində işi bağlayacağını bildirmişdir. Qısası, Əhməd Baloğlanov bütün mümkün vasitələrdən istifadə edərək günahkar polislərə bəraət qazandırdı.

Yol polisləri oğlumun ölümündə nəinki özlərini günahkar bilmiş, hətta məsuliyyətdən yayınmaq üçün hadisə zamanı oğlumun yanında olmuş əsgərlik dostu Atakişiyə açıq hədə-qorxu gələrək şahid ifadəsindən imtina etməyi tələb etmişlər.

Hədələr artıq geniş xarakter almaqdadır və onlar Şamiyevlər ailəsinə qənim kəsilərək oğlum Akifə kinayəli şəkildə ilişir, maşınını heç bir səbəb olmadan saxladaraq təzyiqlərə məruz qoyurlar.

Cənab Prezident, hörmətli vitse-prezident, sizdən məsələni nəzarətinizə almağı və günahkarların cəzalandırılmasını sonsuz dərəcədə rica edirəm. Şamiyevlər ailəsi pərişan halda sizdən ümid diləyir.

Əlaqə nömrəm 0555028787″

Müraciətdə adları çəkilən şəxslərin də mövqeyini işıqlandırmağa hazırıq.

Şamiyevlərin videomüraciətini təqdim edirik:


14

2

 

57912131415


Birinci məlumatlanmaq üçün facebook səhifəmizi