Zakir Fərəcovun mövqeyi zəifləyib-

Zakir Fərəcovun mövqeyi zəifləyib- Laçın rayon icra hakimiyyətinin başçısı Aqil Nəzərlinin də...

Bir müddət əvvəl əlaqələrinin əhatə dairəsinə görə, Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov sıradan icra başçısı hesab edilmirdisə, hazırda onun mövqeyinin zəiflədiyi bildirilir.

Faktinfo.az saytı xəbər verir ki, Zakir Fərəcova yaxınlığı ilə seçilən icra başçıları - İradə Gülməmmədova və Mehdi Səlimzadənin vəzifələrini başqa rayonlara dəyişə bilməmələri, Sumqayıt şəhər İcra Hakimiyyətinə yaxınlığı ilə seçilən Laçın rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərlinin də vəzifəsindən azad edilə biləcəyi ehtimalını artırıb.

Qeyd edək ki, uzun illər mətbuatda Abşeron rayon İcra Hakimiyyətinin başçısı işləmiş İradə Gülməmmədova və Göyçay rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilən Mehdi Səlimzadə Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcova yaxınlığı ilə seçilən şəxslər kimi xarakterizə olunublar.

Faktinfo.az

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi