Zaporojyedə şiddətli döyüşlər gedir – Ukrayna ordusu təşəbbüsü ələ alıb

Zaporojyedə şiddətli döyüşlər gedir – Ukrayna ordusu təşəbbüsü ələ alıb 

Bazar ertəsi Ukraynadakı döyüşləri işıqlandıran Rusiya və Ukrayna “telegram” kanalları Zaporojye vilayətinin Rabotino kəndində şiddətli döyüşlərin getdiyini yazıb.

Qeyd olunur ki, bu kənddə Tokmak və Melitopol şəhəri istiqamətində cəmləşən rus qoşunlarının birinci müdafiə xətti yerləşir.

Ukraynanın əks-hücumu başlayandan bəri bu istiqamətdə döyüşlər davam edir. Son günlər Ukrayna hərbçilərinin Rabotino qəsəbəsinə ciddi mövqelər əldə etdiyi barədə xəbərlər yayılıb.

Ukrayna müdafiə nazirinin müavini Anna Malyar bazar ertəsi “telegram” kanalında yazıb ki, ukraynalı hərbçilər Rabotinodan cənub-şərqdə və Zaporojye vilayətinin Malaya Tokmaçka kəndinin cənubunda uğur qazanıblar. Hazırda kəndin özündə “planlı döyüş əməliyyatları davam edir”. Rusiyanın hərbyönlü kanalları isə kəndin mərkəzi hissəsində gedən döyüşlərdən xəbər yayır.

Həmin kanallar iddia edir ki, rus qoşunları cəbhənin digər sektorunda, Kupyansk vilayətində uğur qazanıb. Bəzi məlumatlara görə, Xarkov vilayətinin şimal-şərqindəki Sinkovka kəndini işğal ediblər. Ukrayna mənbələri isə Sinkovkada çəkildiyi iddia edilən videonun səhnələşdirildiyini bildirir və kəndin itirilməsini təsdiqləmir.

Rusiya Müdafiə Nazirliyi öz məlumatında yaşayış məntəqələrini göstərmədən Kupyansk istiqamətində cəbhə xəttində vəziyyətin yaxşılaşdığını açıqlayıb.

Bundan əvvəl Xarkov vilayətində Kupyansk rayonundakı yaşayış məntəqələrinin sakinlərinin təxliyəsi elan edilib. Ukrayna hakimiyyəti rus qoşunlarının Kupyanska girəcəyindən ehtiyatlanır. Son günlər şəhər intensiv atəşə tutulub./AzPolitika.info

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi