Zəfər Qurbanov yaxın qohumunu Aqrar Universitetə vəzifəyə gətirib

Zəfər Qurbanov yaxın qohumunu Aqrar Universitetə vəzifəyə gətirib - NARAZILIQ

"Zəfər Qurbanov Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) rektoru vəzifəsinin müvəqqəti icrasından rektorluq təsdiqinə qədər aqrar təhsili yaxın qohumları ilə birlikdə məhv etməkdə davam edir".

 Bu barədə DİA.AZ-a göndərilən məaqlədə deyilir.

Məqalə müəllifi daha sonra yazır:"Rektor səlahiyyətini alandan bu yana nə vaxtlı-vaxtında əməkhaqqı verir,nə də ki,kadr islahatlarını düzgün aparır.Oktyabr ayı olmasına baxmayaraq Aqrar Universitetin işçi heyəti hələ də sentyabr ayının əməkhaqqısını almayıb.

Yerini möhkəmlədən Zəfər Qurbanov MAAŞLARI DA KƏSİB?

Zəfər Qurbanov yaxın qohumu - vaxtı ilə rüşvət və vəzifə səlahiyyətlərindən istifadə edərək dövlət əmlakını mənimsəyən,Şəmkir rayonu İcra Hakimiyyətinin keçmiş başcısı Alimpaşa Məmmədovun rəhbər olduğu dönəmdə kadrlar şöbəsinin müdiri işləmiş,Günay Rəfiyevanı Aqrar Universitetə kadrlar şöbəsinə müdir götürüb, bu da hər şeyi özündə ehtiva edir.

Bu təyinat Zəfər Qurbanovun aqrar təhsil ocağında hansı idarəçiliyi həyata keçirtdiyini,hansı metodla işləməyə üstünlük verdiyini açıq-aydın bəlliedir".

Qeyd edək ki, redaksiyamıza göndərilən məqalədə olduqca ilginc faktlara toxunulub, ilginc iddialar səsləndirilib. Bəzi dəqiqqləşdirmələrin ardından məqalənin davamını təqdim edəcəyik./Dia.az

Faktinfo.az onu da xatırladır ki,Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) rektoru Zəfər Qurbanov haqqında çoxsaylı şikayətlər olunub.O,hazırda da narazılıq yaratmaqda davam edir.Görünür rektor yaratdığı narazılığın nələrə səbəb olduğunun hələ də, fərqində deyil.Bu nə qədər davamlı olazaq,izləyək!

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi