"Zəfərimiz gəncliyimizin mənəvi zirvəsidir"-

"Zəfərimiz gəncliyimizin mənəvi zirvəsidir"- Füzuli rayon Heydər Əliyev Mərkəzində Gənclər günü ilə əlaqədar tədbir keçirilib-FOTOLAR

02 fevral 2022-ci il tarixində Füzuli rayon Heydər Əliyev Mərkəzində Füzuli rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Gənclər günü ilə əlaqədar olaraq “Zəfərimiz gəncliyimizin mənəvi zirvəsidir” adlı tədbir keçirilib.

Faktinfo.az xəbər verir ki,tədbir Ulu Öndər Heydər Əliyevin büstünün qarşısına Füzuli rayon İcra Başçısı Alı Alıyev, rayon ictimaəti və şəhid ailələrinin tər-gül dəstələri qoyulması ilə başlayıb. Tədbirdə Füzuli rayonun İcra Hakimiyyətinin başçısı Alı Alıyev, Kürdəmir Regional Mədəniyyət idarəsinin müdiri, Yeni Azərbaycan Partiyyasının Füzuli rayon üzrə nümayəndəsi, Füzuli rayon Təhsil Şöbəsinin müdiri , şəhid ailələri, N saylı hərbi hissənin nümayəndələri, rayon ictimaəti və müxtəlif sahələrdə çalışan gənclər iştirak etdib.

 Tədbirdə ilk olaraq Füzuli rayonu İcra Hakimiyyətinin başçısı Alı Alıyev çıxış edərək gənclərimizin örnək nümunəsi olan şəhidlərimizin və qazilərimizin qəhrəmanlıqlarından danışıb,daha sonra iştirakçılar və şəhid ailələri çıxış etdiblər. FRİHB-sı tərəfindən bir qrup gənc Fəxri Fərmanlarla təltif edilib. Tədbirin davamında həvəskar rəssam Məmmədli Türkanın xalqımızın yaddaşında əbədi yaşar gənclərimiz olan Vətən müharibəsi şəhidlərinin çəkdiyi portretlərindən ibarət sərgisi təşkil olunub. 

Sərgidəki şəhidlərimizin portretləri həvəskar rəssam Türkan Məmmədli tərəfindən şəhid ailələrinə təqdim olunub, məktəblilər şeir kompazisiyaları ilə çıxış ediblər. Həmçinin,Ulu öndər Heydər Əliyevin və onun davamçısı cənab Prezident İlham Əliyevin “Gənclərimiz gələcəyimizdir” adlı videoroliki tədbir iştirakçılarına təqdim olunub.Tədbirin sonunda şəhid ailələri ilə xatirə şəkilləri çəkilib. Şəhid ailələri göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz dərin minnətdarlıqalrını bildiriblər.

"Zəfərimiz gəncliyimizin mənəvi zirvəsidir"-"Zəfərimiz gəncliyimizin mənəvi zirvəsidir"-"Zəfərimiz gəncliyimizin mənəvi zirvəsidir"-"Zəfərimiz gəncliyimizin mənəvi zirvəsidir"-"Zəfərimiz gəncliyimizin mənəvi zirvəsidir"-"Zəfərimiz gəncliyimizin mənəvi zirvəsidir"-
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi