
Zelenski geri addım atdı - Avropa alqışladı
Ukrayna Prezidenti Volodimir Zelenskinin Ukraynada antikorrupsiya orqanlarının müstəqilliyi ilə bağlı əsas təminatları bərpa edən 13533 saylı qanun layihəsini təsdiqləməsi Avropa İttifaqı(Aİ) tərəfindən razılıqla qarşılanıb.
Aİ məmurlarının açıqlamalarına görə, artıq qurumun Ukraynaya maliyyə ayrılmasını dondurmaq planları yoxdur.
Avropa Komissiyasının sözçüsü Culliam Mersye deyib ki, Avropa İttifaqı NABU və SAP-ın müstəqilliyi bərpa edildikdən sonra Ukraynanı maliyyələşdirməyi dayandırmağı planlaşdırmır: "Biz son hadisələrlə bağlı mövqeyimizi aydın şəkildə ifadə etmişik. Mən təsdiq edə bilərəm ki, Aİ-nin maliyyələşməni dondurmaq planları yoxdur".
O əlavə edib ki, “hazırda ən vacibi Ukraynanın antikorrupsiya orqanlarının müstəqil qalması və Ukraynanın qanunun aliliyini təmin etmək üçün lazımi islahatları həyata keçirməsidir”.
Qeyd edək ki, iyulun 31-də Ali Rada NABU və SAP-ın müstəqilliyi ilə bağlı vəziyyəti düzəltmək üçün nəzərdə tutulmuş prezidentin 13533 saylı qanun layihəsini dəstəkləyib. Ardınca da Zelenski həmin qanunu imzalayıb. Bundan öncə, iyulun 22-də Ali Rada NABU və SAP-ı Baş Prokurordan asılı vəziyyətə salan 124214 saylı qalmaqallı qanun layihəsini qəbul etmişdi və bu, kütləvi etirazlara səbəb olmuşdu. Aİ bu səbəbdən diplomatik kanallarla Kiyevə maliyyə yardımlarının dayandırılacağı ilə bağlı xəbərdarlıq etmişdi./Azpolitika.info
Bu xəbər üçün şərh yazın