Zelenski Odessa və Çerkassk vilayətlərinin başına peşəkar hərbçiləri gətirdi

Zelenski Odessa və Çerkassk vilayətlərinin başına peşəkar hərbçiləri gətirdi 

Ukrayna prezidenti Vladimir Zelenski Odessa və Çerkassk vilayətlərinin başçılarını dəyişib. Ukrayna mediası xəbər verir ki, bu barədə müvafiq fərman imzalanıb.

Odessa dövlət administrasiyasının əvvəlki rəhbəri Sergey Qrinetskinin yerinə Maksim Marçenko, Çerkassk vilayətinin qubernatoru Aleksandr Skiçkanın əvəzinə isə İqor Taburets təyin olunub.

Sergey Marçenko 2015-2017-ci illərdə 24-cü əlahiddə “Aydar” zərbə batalyonunun, 2018-2021-ci illərdə isə 28-ci əlahiddə mexanikləşdirilmiş briqadanın komandiri olub.

İqor Taburets də kadr hərbçisidir və general-mayor rütbəsi daşıyır. O, uzun müddət Müdafiə Nazirliyində Baş kəşfiyyat idarəsində çalışıb.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi