Zelenski: Qaçmamışam, burdayam - Video

Zelenski: Qaçmamışam, burdayam - Video 

Ukrayna Prezidenti Vladimir Zelenski Kiyevdə iş kabinetində olmasını əks etdirən videofakt yayımlayıb.

Dövlət başçısı videonu İnstaqram səhifəsində paylaşıb.

“Hər iki gündən bir mənim Kiyevdən, kabinetimdən harasa qaçmağımla bağlı məlumat yayılır. Gördüyünüz kimi yerimdəyəm”, - deyə Zelenski bildirib.

Qeyd edək ki, Ukrayna Ali Radasının rusiyayönlü Müxalif Platforma Partiyasından olan deputat İlya Kiva Zelenskinin Polşaya qaçdığını iddia etmişdi.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi