Zelenski Rusiya ilə danışıqlarda heç bir nəticənin olmadığını deyib

Zelenski Rusiya ilə danışıqlarda heç bir nəticənin olmadığını deyib 

Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, Kiyev Moskva ilə danışıqlarda hələ də istənilən nəticəni əldə etməyib.

APA.az xəbər verir ki, bu barədə bu barədə Ukrayna lideri videomüraciətdə bildirib.

Onun sözlərinə görə, Kiyev öz nümayəndə heyətinin qayıtmasından sonra Rusiya ilə danışıqların nəticəsini təhlil edəcək və danışıqların ikinci raundunun hansı formatda keçiriləcəyinə qərar verəcək.

Qeyd edək ki, fevralın 28-də Belarus ərazisində Rusiya və Ukrayna nümayəndə heyətləri arasında danışıqlar aparılıb.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi