Zelenskinin gəlirləri açıqlandı

Zelenskinin gəlirləri açıqlandı 

Ukrayna Prezidenti Volodimir Zelenski və ailəsi 2022-ci ildə 3,7 milyon qrivna (98 min dollardan çox) qazanıb.

Yeniavaz.com xəbər verir ki, bu barədə Ukrayna Prezidentinin ofisinin saytında məlumat verilib.Saytda Ukrayna liderinin 2022-ci il üçün əmlak, gəlir, xərc və maliyyə öhdəlikləri haqqında bəyannamələr dərc edilib.

Məlumata görə, Zelenski və ailəsinin gəliri 3,692 milyon qrivna təşkil edib. 2021-ci ildə isə Ukrayna Prezidentinin gəliri demək olar ki, 11 milyon qrivna (290 min dollardan çox) təşkil edib. 2020-ci illə müqayisədə gəlirlər təxminən 12 milyon qrivna (320 min dollar) azalıb. Belə ki, 2020-ci ildə Zelenski təxminən 22,75 milyon qrivna və ya 815 min dollar qazanıb.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi