Zelenskiyə “yaraşıqlı” dedi, 40 min rubl cərimələndi – Rusiyada tragikomedik olay

Zelenskiyə “yaraşıqlı” dedi, 40 min rubl cərimələndi – Rusiyada tragikomedik olay 

Rusiyada 70 yaşlı qadın Ukrayna Prezidenti Volodimir Zelenskini “yaraşıqlı gənc” adlandırdığı üçün məhkəmədə cərimələnib.

AzPolitika.info xəbər verir ki, Moskva məhkəməsi Olqa Slegina adlı qadını 40 min rubl (təxminən 9500 manat) məbləğində cərimə edib.

Yaşlı qadın ötən ilin dekabrında sağlamlıq mərkəzində olarkən Zelenskini “dəli” adlandıran başqa bir qadına “Məncə, onun yaxşı yumor hissi var. O, yaraşıqlı gəncdir”-deyə cavab verib.

Bundan sonra O. Slegina “Zelenskini tərifləmək və Rusiya ordusunun reputasiyasına hörmətsizlik etmək”də ittiham olunduğu məhkəmədə təqsirli bilinib.

Oxuya bilmədiyi kağıza imza atmalı olduğunu deyən yaşlı qadın hadisədən şoka düşdüyünü və nə baş verdiyini anlaya bilmədiyini bildirib.

Qeyd edək ki, Ukraynadakı işğaldan sonra Rusiyada qəbul edilən qanuna görə, rus ordusunun əleyhinə təbliğat aparanlar həbs və ya cərimə olunurlar.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi