Zeliniski Ukrayna xalqını Türkiyəyə TƏTİLƏ GETMƏYƏ ÇAĞIRDI :

Zeliniski Ukrayna xalqını Türkiyəyə TƏTİLƏ GETMƏYƏ ÇAĞIRDI : "Ərdoğan həqiqətən səmimi olaraq Ukraynanı dəstəkləyir"

"Prezident Ərdoğanın müfəqqəti işğal altında olan torpaqlarımıza, Krıma görə Ukraynanı dəstəkləməsi çox önəmlidir."

Faktinfo.az Avropa.info-a istinadən  xəbər verir ki, bunu Ukrayna prezidenti Vladimir Zeliniski deyib. Milli Təhlükəsizlik və Müdafiə Şurasının iclasından sonra açıqlama verən Zeliniski Türkiyəyə səfərinin çox məhsuldar keçdiyini bildirib.

"Türkiyə dövlətini, xüsusən də Prezident Ərdoğana minnətdaram. Ərdoğan həqiqətən səmimi olaraq Ukraynanı dəstəkləyir. Geopolitik problemdən danışarkən bu gün ən vacib şey Ukraynanın hüzuru və tərəfdaşlarımızın dəstəyidir. Prezident Ərdoğanın bizim mövqeyimizi dəstəkləməsi və Krımın ilhaqını tanımaması vacibdir", deyə Zeliniski bildirib.

Ukrayna prezidenti vətəndaşlarına Türkiyəyə tətilə getmək üçün çağırış da edib.

"Ukrayna ilə Türkiyə arasında turist axınının güclənməsi lazımdır. Eşitdiniz, ruslar Türkiyəyə turizmi məhdudlaşdıracaqlarını söylədilər. Bu onların şəxsi işidir. Əksinə, biz Türkiyə ilə turizmi genişləndirməliyik. Hər kəsi Türkiyəyə tətilə getməyə çağırıram", deyə Zeliniski qeyd edib.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi