Zirəddin Azərbaycanda itkin şəxslə bağlı ŞOK AÇIQLAMA verdi

Zirəddin Azərbaycanda itkin şəxslə bağlı ŞOK AÇIQLAMA verdi 

Xəbər verdiyimiz kimi Nigar adlı qadın Xəzər televiziyasında yayımlanan, Xoşqədəm Hidayətqızının aparıcılıq etdiyi "Səni axtarıram" verilişinə oğlu Nüsrəti axtarmaq üçün çıxıb.

Qadın öncə Nüsrət Qəmbərovun harda olmasını öyrənmək üçün Rusiyada tanınmış ekstrasens Zirəddin Rzayevin yanına gedib. 

BiG.AZ xəbər verir ki, verilişə bağlanan Zirəddin Rzayev bildirib ki, Nigar xanım mənim yanımda olub: "O, şəkili mənim qarşıma qoyan kimi dedim ki, bu oğlan itibdir. Mən onu qaranlıqda görürəm. Anası da bunu təsdiqlədi. Daha sonra anaya dedim ki, oğlunu dirilər arasında görmürəm. Nigar xanım mənə dedi ki, oğlumun bir ovuc torpağı lazımdır. Çox baxıcılar gəzmişəm. Oğlanın itdiyini və öldüyünü mən ona demişəm. Mən bundan əvvəl 12 yaşlı qızın öldüyünü demişdim. O uşağın da həqiqətən cəsədini tapdılar"

Zirəddin Azərbaycanda itkin şəxslə bağlı ŞOK AÇIQLAMA verdi
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi