1 dollar 94, avro 100 rublu keçdi –

1 dollar 94, avro 100 rublu keçdi – Rusiya valyutası dəyər itiməkdə davam edir

Rusiya rublu kəskin dəyər itirməkdə davam edir. Ötən həftə 1 dollar 84-86 rubl ətrafında dəyişirdisə, hazırda məzənnə 94-95 rubldur.

İyulun 6-da Moskva birjasında hərracların açılışında avronun məzənnəsi 2022-ci il martın 29-dan bəri ilk dəfə olaraq 100 rublu ötüb.

Rusiya Bankı sədrinin birinci müavini Kseniya Yudayeva bu həftənin əvvəlində Rusiya valyutasının ucuzlaşmasını ixrac gəlirlərinin azalması səbəbindən ticarət balansındakı dəyişikliklərlə əlaqələndirib. Eyni zamanda, Yudaeva maliyyə sabitliyi üçün hər hansı riski istisna edib. Rusiya Bankı da ixracatçıların valyuta gəlirlərinin məcburi satışını geri qaytarmağa ehtiyac görmür.

Birja analitikləri rublun ucuzlaşmasını ixrac gəlirlərinin azalması və büdcə xərclərinin yüksək olması ilə əlaqələndirirlər. Onlar həmçinin bazarda valyuta təklifinin aşağı olduğunu göstərir.

AzPolitika.info-nun Moskvadakı mənbələrdən əldə etdiyi məlumata görə, “qara bazarda” rublun kursu daha aşağıdır. Bu da Azərbaycandan kənd təsərrüfatı məhsulları ixrac edən sahibkarlar üçün əlavə çətinliklər yaradır.

Xatırladaq ki, iyunun 23-24-də baş verən “Vaqner” PMC hərbi qiyamı Rusiya valyutasının kəskin dəyər itirməsinə səbəb olub. Hazırda proses davam edir, ekspertlər bildirirlər ki, ölkəyə tətbiq edilən 11 sanksiya paketinin təsiri artıq real sektorda ciddi şəkildə hiss edilməkdədir. Qarşıdakı aylarda rublun kəskin inflyasiyaya məruz qalması qaçılmazdır.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi