10 yaşlı uşağın ağciyərindən qurd kistası çıxdı 

Azərbaycanda 10 yaşlı uşağın ağciyərindən nəhəng ölçülü qurd kistası çıxarılıb.

Faktinfo.az xəbər verir ki,Ailem.az-ın məlumatına görə, bu haqda uşaq cərrahiyyəsi və urologiyası uzmanı uroloq-cərrah Fuad Hüseynov məlumat verib.

O bildirib ki, uşağın sol ağciyərində 13 santimetr kista aşkarlanıb: "Uşaq uzun müddət öskürüb. Təngnəfəslik başlayan zaman uşaqda aparılan müayinələrin nəticəsində məlum oldu ki, sol ağciyərin alt payını tamamilə tutan, təqribən 12-13 sm ölçüdə kista mövcuddur.

Bu halda uşaq sol ağciyərinin bir qismini itirmək təhlükəsi ilə üz-üzə qaldı. Cərrahi əməliyyatla nəhəng ölçülü qurd kistasını tamamilə çıxardıq. Əməliyyat texniki olaraq çətin idi, ancaq sevindirici hal odur ki, uşaq ağciyərini itirmədi, qoruya bildik”.

Fuad Hüseynov qeyd edib ki, ailəsinin dediyinə görə, uşaq daim ev heyvanları ilə kontaktda olub: "Heyvansevərlərin xoşuna gəlməsə də, uşaqları qorumaq üçün tibbi maarifləndirmə etməyi özümə borc bilirəm”.


Birinci məlumatlanmaq üçün facebook səhifəmizi