
İnformasiya Texnologiyaları İnstitutu əməkdaşının məqaləsi nüfuzlu “Soft Computing” jurnalında dərc olunub
ETN İnformasiya Texnologiyaları İnstitutunun baş elmi işçisi, texnika üzrə fəlsəfə doktoru, dosent Şəfəqət Mahmudovanın “Proqram sisteminin müşayiəti zamanı meydana çıxan səhvlərin klasterləşdirilməsi üçün metodun işlənməsi” (Development of a method for clustering errors that occur during software system maintenance) adlı məqaləsi “Springer Nature” akademik nəşriyyatı tərəfindən nəşr edilən “Soft Computing” jurnalında dərc olunub. Jurnal nüfuzlu Web of Science (İF 2.5) və Scopus (SJR: 0.656, CiteScore: 8.7) və s. elmi bazalarına daxildir.
Məqalədə qeyd olunub ki, proqram sisteminin əsas 8 səmərələlik göstəricisi vardır ki, həmin göstəricilərdən biri də onun müşayiət edilməsidir. Burada əsas məqsəd zaman keçdikcə proqram sisteminin iş qabiliyyətini qoruyub saxlamaqdır. Proqram sisteminin müşayiət edilməsi və ona baxım xərcləri proqram sisteminin ümumi xərcinin 20-25%-dən çoxunu təşkil edir. Tədqiqat çətçivəsində proqram sisteminin müşayiət edilməsi prosesi araşdırılmış, bu zaman meydana çıxan xətaların klasterləşdirilməsi üçün yeni metod işlənilmişdir.
Qeyd edək ki, “Soft Computing” jurnalı təkamül alqoritmləri və genetik proqramlaşdırma, neyron şəbəkə sistemləri, qeyri-səlis çoxluqlar nəzəriyyəsi, qeyri-səlis sistemlərin riyazi modelləşdirilməsi, xaos nəzəriyyəsi və xaotik sistemlər üzrə tədqiqatların nəticələrini təqdim edir.
Jurnal həmçinin Springerlink, DBLP, INSPEC, EBSCO host, Science Citation Index, Compendex, Computer Science Index və s. kimi beynəlxalq elmi bazalarda indeksləşir və referatlaşır.
Faktinfo.az












Bu xəbər üçün şərh yazın