9-cu sinif şagirdlərinin riyaziyyatdan “2” almasının səbəbləri müzakirə olunacaqmı?

9-cu sinif şagirdlərinin riyaziyyatdan “2” almasının səbəbləri müzakirə olunacaqmı? 

"Bütün ölkə üzrə 9-cu sinif şagirdlərinin riyaziyyatdan 1-ci mərhələ (kurrikulum) buraxılış imtahanlarından “2” almasının səbəbləri müzakirə olunacaqmı? Dövlət İmtahan Mərkəzinin (DİM) bu il dərc olunan elmi-statistik təhlilində qeyd olunub ki, ümumtəhsil məktəblərində kurrikulumun tətbiqi zəifdir, şagirdlərin bilik və bacarıqları aşağı səviyyədədir".

Bu fikirlər "Multimedia" İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüzə məxsusdur.

Картинки по запросу Osman Gündüz

Onun sözlərinə görə, DİM bunu 9-cu siniflərin buraxılış imtahanlarının nəticələri əsasında açıqlayıb: "Artıq məlumat verdiyimiz kimi, bu il 9-cu siniflərin riyaziyyatdan 1-ci mərhələ (kurrikulum üzrə) buraxılış imtahanlarının nəticələri çox aşağı səviyyədə olub. Söhbət açıq testlər üzrə olan imtahandan gedir. Ölkə üzrə 50 faiz 9-cu sinif şagirdi 1-ci mərhələdə imtahan vərəqələrini heç nə yazmadan geri qaytarıb. Ölkə üzrə riyaziyyat 1-ci mərhələdə orta bal isə (%-lə) 10 bal olub. Bu, anlaşıqlı formada o deməkdir ki, klassik qiymətləndrimə ilə ölkə üzrə bütün 9-cular riyaziyyat kurrikulumdan “2” qiymət alıblar".

Osman Gündüz bildirib ki, Dövlət İmtahan Mərkəzinin statistikasında bu rəqəmlər hər bir bölgə və məktəb üzrə təqdim edilib: "Maraqlı nəticələr var. Elə şəhər və rayonlar var ki, onların bu nəticələri hətta Bakı şəhəri uzrə nəticələrdən yüksəkdir.
Düşünürəm ki, bu tip məktəblərin kurrikulum üzrə təcrübələrini yaymaq faydalı olardı. Maraqlı məqam həm də ondan ibarətdir ki, görəsən Təhsil Nazirliyi bu nəticələri müzakirə edəcəkmi? Hazırda təhsil nazirinin əmri ilə bütün ölkə üzrə növbəti dərs ilinə hazırlıqla bağlı müzakirələr aparılır. Bu yaxınlarda təhsil naziri faydalı bir əmr imzalayıb. Bu əmrdə növbəti dərs ili üçün qarşıda duran vəzifələr də müəyyən olunub. Orada riyaziyyat və informatika ilə bağlı faydalı məqamlar nəzərdə tutulub. Amma düşünürəm ki, Təhsil Nazirliyi Dövlət İmtahan Mərkəzinin elmi-statistik təhlilində qeyd olunanlarla, konkret 9-cuların nəticələri ilə bağlı maraqlı tərəflərin iştirakı ilə müzakirə keçirməsi və konkret tədbilər hazırlaması daha faydalı olardı".

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər