ABŞ-Türkiyə münasibətləri kəskin pisləşəcək – Nələr gözlənilir?

ABŞ-Türkiyə münasibətləri kəskin pisləşəcək – Nələr gözlənilir? 

ABŞ Senatı Osmanlı imperiyasında “erməni soyqırımını” tanıdı. Nümayəndələr Palatasının ardınca Senat XX əsrin əvvəlində Osmanlı imperiyasında ermənilərin kütləvi qətlini soyqırım kimi tanıyan qətnamə layihəsini qəbul edib.

Nümayəndələr Palatasının analoji qərarından sonra ABŞ senatı Osmanlı imperiyasında ermənilərin kütləvi şəkildə öldürülməsini soyqırım kimi tanıyıb. Ötən gün amerikalı senatorlar 1915-1923-cü illərdə 1,5 milyona yaxın erməninin öldürülməsini pisləyən qətnamə layihəsini yekdilliklə qəbul ediblər.

Qətnamə hüquqi baxımdan məcburi xarakter daşımır, ancaq sənəd ilk növbədə Vaşinqton-Ankara münasibətlərində simvolik gücə malikdir. Bu addım iki ölkə arasında gərginliyin daha da artmasına gətirib çıxara bilər.

Oktyabrın sonunda Nümayəndələr Palatası “erməni soyqırımını” tanıyan qətnamə layihəsi qəbul edib. Bundan sonra Ankaranın Suriyada başlatdığı hərbi əməliyyatlara görə onsuz da pis vəziyyətdə olan münasibətlər daha da gərginləşib. 435 konqresmendən 405-i sənədin lehinə, 11-i əleyhinə səs verib. Bu zaman qətnaməni həm Demokratlar, həm ABŞ prezidenti Donald Trampın (Donald Trump) üzv olduğu Respublikaçılar partiyası dəstəkləyib.

Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan Nümayəndələr Palatasının qətnaməni qəbul etməsini əhəmiyyətsiz bir şey olduğunu qeyd edib. “Bu addımın heç bir dəyəri yoxdur, istənilən halda onu qəbul etmirik”, - deyə prezident bildirib. Türkiyə lideri qərarı “böhtan” adlandırıb, konqresmenlərin buna “yalnız daxili siyasi səbəblərdən dolayı”getdiyini deyib.

Türkiyə etiraf edir ki, bir çox erməni Birinci Dünya Müharibəsi dövründə və ondan sonra Osmanlı silahlı qüvvələri ilə toqquşmalarda öldürülüb. Lakin Ankara ölənlərin sayına etiraz edir və bu qətllərin sistemli şəkildə təşkil olunmadığını və soyqırım xarakteri daşımadığını vurğulayır.

ABŞ Konqresi NATO müttəfiqi Türkiyə ilə münasibətlərinin korlanacağından ehtiyat etdiyi üçün uzun müddət qətnaməni qəbul etməyi təxirə salıb. Ancaq son vaxtlar vəziyyət dəyişib. Ankaranın Suriyada başlatdığı hərbi əməliyyatdan başqa Türkiyənin ABŞ-ın etirazlarına baxmayaraq Rusiyadan “S-400” zenit raket kompleksləri əldə etməsi bu qərara təsir edib.

2016-cı ildə bundestaq da Osmanlı imperiyasında ermənilərin kütləvi şəkildə qətlə yetirilməsini soyqırım kimi tanıyıb. Bu da Almaniya-Türkiyə münasibətlərini xeyli çətinləşdirib./Tərcümə etdi:xpressa.net

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi