ADAU-da imtahan sessiyasında tələbələri "kəsirlər"

ADAU-da imtahan sessiyasında tələbələri "kəsirlər" -İDDİA

"Kənd Təsərrüfatı Naziri İnam Kərimovun ən etibarlı kadırlarından olan Zəfər Qurbanov ADAU rəhbərliyini ələ keçirəndən əməlli-başlı "özünə qulluq" rejiminə keçib.

Bütün addımları ilə yalnız və yalnız pul qazanmağı qəsd edən Zəfər Qurbanov o qədər arxayınlaşıb ki,hətta bunu da etdi..." DİA.AZ bildirir ki, bu barədə redaksiyamıza ünvanlanan müraciətdə qeyd olunur.

Müraciət müəllifləri iddia edirlər ki, Zəfər Qurbanov 20 Yanvar şəhidlərimizin bütün ölkə üzrə anıldığı bir məqamda da ortalıqda görünməyi özünə borc hesab etməyib. DİA.AZ-a yazılanlar: "Bütün ölkə Yanvar faciəsinin 33-cü ildönümünü anır... Amma Zəfər Qurbanov özünə əziyyət verib Gəncədəki tədbirlərə qatılmadı"

Müraciət müəllidləri daha sonra Z.Qurbanovun ADAU işləklərindən də yazırlar:

"ADAU də imtahan sessiyası gedir, imtahana nəzarəti və imtahan apellyasiya şurasına nəzarəti yalnız Zəfər Qurbanovun yaxınları və qohumları icra edir. Sanki tələbələrin qəsdinə duran Zəfər Qurbanov və onun tapşırığını canla başla yerinə yetirən dəstəsi müəllim və professor heyətinə elə təziqlər edir ki, müəllimlər məcbur qalaraq tələbəni kəsirlər. Məqsəd isə tələbə kəsiri düzəltmək üçün fənnin kreditinə uyğun olaraq 25%-ni pul ödətdirmək və universitetin hesabına pul yığmaqdır.Həmçinin ,təqaüd alan tələbənin sayını azaltmaqdır.

İmtahan apellyasiya şurasına rəhbər 82 yaşlı Abbasov Ziyad və heç bir elmi dərəcəsi olmayan Şəmşir Vəliyev tərəfindən olunur. Hər iki şəxs Göyçəlidi. İmtahan gedişatı Elmi işlər üzrə prorektor Azad İbrahimova həvalə edilib. Azad İbrahimovda Göyçəlidir, Elmi işlər üzrə prorektor olmağına baxmayaraq elimdən xəbəri belə yoxdur. 

İmtahanların gedişatı isə Bəşir Bağırzadəyə həvalə edib. Daxili nəzarət və audit şöbəsinin müdiridir. İnam Kərimovun kadırlarındandır. Gəncə ASAN xidmətdə işləyib.İnam Kərimov aqrar sahəyə gəldikdən bir müddət sonra Bəşir Bağırzadəni ADAU-da işlə təmin edib.ADAU-ya baxsaq görərik ki, idarəçilikdə işləyənlərin demək olar ki, 80%- dən çoxu Göyçəlidir. 

Sizcə bunlar hamısı təsadüfdür? Zəfər Qurbanov hansı idarəçilikdən danışır ki, baytarlıq ixtisasının özəyi olan anatomiya müəllimi tapılmır. Buna baxmayaraq Zəfər Qurbanov müəllimlərin işə qəbulunu rektor əvəzi təyinat aldığı gündən dayandırıb. Hansı səbəbə görə Zəfər Qurbanov əzaçılıq kafedrasına Samirə Quluyevanı müəllim götürür? Eləcə də,universitetin onun olduğunu deyən, professor və müəllim heyətini tələbə hesab edərək yoxlayan bibisi qızı Sevinc Mahmudovanın özbaşınalığına nə deyəsən?..

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi