Adil Qeybulla : "Virus barədə əhaliyə düzgün məlumat verilsin"

Adil Qeybulla : "Virus barədə əhaliyə düzgün məlumat verilsin" 

Ukranyada son vaxtlar koksaki virusu yayılmışdı. Düzdür, bizim rəsmi dairələr bu virusun Azərbaycanda olmadığını bildiriblər.

Faktinfo.az xəbər verir ki,bu sözləri Axar.az-a açıqlamasında tibb üzrə ekspert, professor Adil Qeybulla deyib. O bildirib ki, bu virusun xarici ölkələrdən də gəlmə ehtimalı var:

“Amma onun ölkəmizə gəlib-gəlmədiyini heç kim bilə bilməz. Sərhədlər açıqdır, gediş-gəliş var və buna görə də bu cür infeksiyaların ölkəyə daşınması mümkündür. İkinci bir kateqoriya isə soyuqdəymə xəstəlikləridir. Bunlar da ən çox bu fəsildə çoxalır. İnsanlar bunu “qrip” adlandırırlar. Amma bu, qrip deyil. Tənəffüs yollarının fəallaşmış infeksiyalarıdır. Bir şəxsdən digər şəxsə keçərək, xəstəliyin geniş yayılmasına səbəb olur. Yaxşı olardı ki, situasiyaların hamısı öyrənilib, əhaliyə düzgün məlumat verilsin. İnsanlar bu cür infeksiyaların yayılmasından narahatdır”.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi