Ağakərimin oğlu Nazilə Səfərliyə qarşı ərizəsini geri götürdü – VİDEO

Ağakərimin oğlu Nazilə Səfərliyə qarşı ərizəsini geri götürdü – VİDEO 

Tanınmış meyxanaçı Ağakərimin oğlu şairə Nazilə Səfərlini polisə verməsindən danışıb.

Söz ustadının oğlu Kamil ərizəsini geri götürəcəyini bildirib.

Bu barədə o, ARB telekanalında yayımlanan “Həmin Zaur” proqramına canlı bağlantı edərək danışıb:

"Əvvəl fikir vermədim, amma sonra gördüm ki, telefon susmur. Bağımızı satdıq, amma onun dediyi kimi, 150 min manat fantastik qiymətə yox. Hamıdan xahiş etmişəm ki, gəlməzdən 2-3 saat əvvəl bizə xəbər verin.

Atam hər zaman deyirdi ki, bir qapını döyməzdən əvvəl bir gör ona lazımsan, ya yox. Bəlkə səni görmək istəmir. Ona da bildirdim ki, evdə yoxam, 2 saat əvvəldən xəbər etsinlər. Adətimiz var, evdə kişi yoxdursa, qadın qapı açmır. Onun dediyi ittihamlara görə polisə şikayət etdim".

Qeyd edək ki, Nazilə Səfərli onun ünvanına tənqidlər səsləndirərək, atasına psixotrop iynələr vurmaqda ittiham etmişdi.

Həmin görüntüləri təqdim edirik:

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi