Ağstafada ağır qəza: 6 nəfər yaralandı

Ağstafada ağır qəza: 6 nəfər yaralandı 

Ağstafa rayonunun Aşağı Göycəli kəndində yol-nəqliyyat hadisəsi olub, xəsarət alanlar var.

Report.az-ın məlumatına görə, "VAZ" və "Toyota" markalı avtomobillərin toqquşması nəticəsində 1961-ci il təvəllüdlü S.Məmmədova, 1989-cu il təvəllüdlü Ş.Məmmədova, 2016-cı il təvəllüdlü T.Məmmədov, 2013-cu il təvəllüdlü C.Məmmədov, 1984-cü il təvəllüdlü C.Məmmədov və 1982-ci il təvəllüdlü V.Nəsibov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Zərərçəkənlər xəstəxanaya yerləşdiriliblər.

Qeyd edək ki, hadisə yerinə çağırılmış təcili tibbi yardım maşını da digər minik avtomobili ilə toqquşub. Bu səbəbdən əraziyə növbəti təcili tibbi yardım briqadası cəlb olunub və xəsarət alanlar xəstəxanaya çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər