Ağstafanın bu kəndində ziyanvericilər arta bilər

Ağstafanın bu kəndində ziyanvericilər arta bilər -SƏBƏB

"Kənddə istənilən evin bacasından tüstü çıxanda xəbərdar olurlar. Amma neçə illərdir kənd caamatı zibili atmağa yer tapmır, məcburiyyətdən kəndin dörd bir tərəfinə tökür,bunlar isə vəziyyəti bilmirlərmiş kimi davranırlar.

Bu günün özündə də zibili atmaq üçün yerlər müəyyənləşdirilmir,problem aradan qaldırılmır.İşləyə bilmirlər ərizələrini yazıb getsinlər,insanların qayğısına qala biləcək şəxslər gəlib işləsin".

Bu fikirlər Faktinfo.az saytına Ağstafa rayonunun Qıraq Kəsəmən kəndindən daxil olan məlumatda qeyd edilir.

"Belə getsə ziyanvericilər, siçovullar bir az da artacaq, infeksion xəstəlik yayılacaq,hətta təsərrüfatlara ciddi ziyan dəyəcək.Bunu kəndin rəhbər şəxsləri anlaya bilmirlər və yaxud bu iqtidarda deyillər.Kəndin bir neçə istiqamətində çalalar qazılarsa, tökülən zibillər vaxtaşırı yandırılarsa,selofan torbalar havada uçuşmaz,- məlumatda bildirilir.

Qeyd edək ki, ətraf mühitə atılan tullantılar hava-damcı yolu ilə bir sıra infeksion xəstəliklərin yayılmasına səbəb ola bilir. Eləcə də çaqqallar, siçovullar, həşəratlar, böcəklər insanların yaşadığı evlərə,həyətlərə yaxınlaşdıqca,yuva qurduqca viruslar yayılır. Bunun tibbi təsdiqi dəfələrlə qeyd edilib.

Faktinfo.az

Ağstafanın bu kəndində ziyanvericilər arta bilərAğstafanın bu kəndində ziyanvericilər arta bilər
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi