AHİK sədri Səttar Möhbalıyev Novruz bayramı münasibətilə seçicilərini və həmkarlar ittifaqı üzvlərini təbrik edib

AHİK sədri Səttar Möhbalıyev Novruz bayramı münasibətilə seçicilərini və həmkarlar ittifaqı üzvlərini təbrik edib 

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, millət vəkili Səttar Möhbalıyev Novruz bayramı münasibəti ilə seçicilərini və həmkarlar ittifaqı üzvlərini təbrik edib.

Təbrikdə deyilir:

Sizləri əziz Novruz bayramı münasibətilə ürəkdən təbrik edir, hər birinizə bahar əhvali-ruhiyyəsi, cansağlığı və gələcək işlərinizdə uğurlar arzulayıram.

Bizlər üçün çox qədim kökləri olan, uzaq keçmişlərdən xalqımızın mənəvi həyatının ən dərin qatlarına nüfuz edən və zamanın sınaqlarından uğurla çıxan Novruz bayramı ənənəvi dəyərlərin bariz nümunəsidir.

Yaz fəslinin vətənimizə hazırkı gəlişi xüsusən əlamətdar oldu.Yurdumuzun bu baharına dövlətçilik tariximizin qızıl hərfləri ilə qədəm qoyuruq.

Ulu öndər Heydər Əliyev ənənəsini uğurla davam etdirən Ali Baş Komandan İlham Əliyevin liderlik əzmi, qətiyyətli siyasəti, mərdliyi, cəsarəti ilə haqq işi uğrunda qazandığımız qələbə bizlərin yumruq kimi birləşməsinə, ruhumuzun yenilənməsinə yol açıb.

 

Xalqımızın qalibiyyət ovqatını qəlbinin hərarəti  ilə yaşadığı bu bayram günlərində bir daha Vətənimizin ərazi bütövlüyü naminə canlarını fəda etmiş qəhrəman övladlarımıza rəhmət diləyir, onların əziz xatirəsini dərin ehtiramla yad edirik.

Həmrəyliyimizin rəmzi olan bu bayram qoy hər evə xoş ovqat, sevinc, ruzi-bərəkət gətirsin.

Novruz bayramınız mübarək olsun!


Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər