Allahın ən əziz kəsi!!!

Allahın ən əziz kəsi!!! 

Qiyamətdə əzalar içində ən çox əzab çəkən dil olacaq..Yaxşılıq eləyən on qat artıq, pislik eləyənsə, pisliyi bərabəri pislik görər.Qurani-Kərimdən Zalımı zalım eləyən məzlumdur. Haqsızlığın qarşısında susan, onu törədən adamdan da alçaq adamdır.Məhəmməd (s.ə.s.) peyğəmbər

Bu dünya axirətin xırman yeridir, insan bir-birini aldada bilər, lakin heç kim Allahı aldada bilməz, bu dünyada da, axirətdə də, haqqın mizan-tərəzisi pozulmaz, qiyamətdən qabaq qiyamət bu dünyadadır, qiyamət günündəsə hamı Lövhü-Məhfuz qarşısında dayanıb xeyir və şər əməllərinə görə Allah tərəfindən mükafatlandırılıb, cəzalandırılacaq.

İmam Əli

Münafiq Yezed, İbn-Ziyad, Hərmələ qürrələnməsin ki, Kərbəlanı qan gölünə çevirəndə, imam Hüseyn başda olmaqla 72 mömini şəhadətə yetirəndə Allah onlara tərəf durdu, xeyr bu belə olmadı. İbrahim peyğəmbər oğlu İsmayıl peyğəmbəri qurban kəsmək istəyəndə Allah onun qurbanını qəbul etməyib, əvəzində qoçu qurban göndərdi. İmam Hüseyn və onun qohum-əqrabasınısa Allah Quran sıradan çıxmasın deyə şəhadətə yetirdi. Əslində Allah Kərbalanı da, bütün yer üzünü də gözəl yaradıb, onu gözdən salan, nəfsinə qul olan, əyyaş azğın, pozğun, şöhrət, sərvət, şəhvət düşkünü olan münafiq Yezidlərdir, İbn-Ziyadlardır, Hərmələlərdir. Mən Allahın əsəri olan dünyada da, Kərbəlada da gözəllikdən qeyri heç nə görmədim!!!

Həzrəti-Zeynəbin Yezidin Kərbəlada nə gördün

sualına verdiyi cavabdan bir parça:


Məni məndə demə, məndə deyiləm,

Məndə mən var, məndə məndən içəri.

Süleyman quş dili bilir dedilər,

Süleyman var Süleymandan içəri.


Yunus İmrə


Söhbət səndən, məndən getmir,

Məndə mənin mənindədir.

Zəkan, ağlın gendən getmir,

Küfründəndir, dinindəndir.


Astarı hey üzlədim mən,

Astar, üzdür gücün Allah.

Düz qırx il vaxt gözlədim mən,

Alim olmaq üçün Allah.


Yoxsul şair komasında,

Öz süzümün ağasıyam.

Tibbin aydın səmasında,

Al günəş tək doğasıyam.


Hara baxdım səni gördüm,

Yetib elmə, helmə Allah.

Ömrü, günü sənə verdim,

An-an, kəlmə-kəlmə Allah.


Kim qəlbimə toxundusa,

Öz göruna lənət dedi.

Ölənə tək batdı yasa,

Hey çərlədi, hey dərddədi.


Mərd dünyadan rahat köçər,

Namərdsə rahat ölənməz.

Nə bir gəda, nə bir ləçər,

Mənə badalaq gələnməz.


Tərs gərdişi döndərərəm,

O, küfrün fitnə-felidi.

Dinməzləri dindirərəm-

Sınar dillərin kilidi.


Mən Allahın əzəmətli,

Düz təməlli bəndəsiyəm.

Saf arzulu, saf niyyətli,

Saf əməlli bəndəsiyəm.


Bəlli, kömür olan közdür,

Kömrün közdən öndü Allah.

İlk də sözdür, son da sözdür,

Ömrüm sözə döndü Allah.


Can cəsədin qan-iliyi,

Cəsəd cansız qala bilməz.

Ruh sözümün diriliyi,

Ruh saralıb, sola bilməz.


Ruhum nurlu dağdı durub,

Gözəldə də nurdu gözəl.

Gözlərindən nur yağdırıb,

Məni gözəl vurdu gözəl.


Gözəl dünyadan əzəldir,

Sonradır qoşma, qəzəldən.

Gözəldə bilməz gözəldir,

Gözəl gözdən, göz gözəldən.


Gözəllərin gözləriylə,

Gözəl-gözəl dəmlənərəm.

Şirin-şirin sözləriylə,

Ağlı başa cəmlənərəm.


Kövrəklik gözəldən öndə,

Qıymaram ona toxunam.

İstərəm gözəl qəlbində,

Ana laylası tək oxunam.


Gözəllər inciməz məndən,

Gözdən-gözə, can-can desəm.

Ən gözəldən də gözəlsən,

Anam Azərbaycan desəm.


Gözəl qızıl gül qönçəsi,

Mən qızıl gül dəniziyəm.

Saf gözəlin qəlb incəsi,

Üfiq qədər əziziyəm.


Vəfalı yarım müsk-əmbər,

Gözəllər salmaz qırğını.

Gözəl ad imam, peyğəmbər,

Könlüm gözəllik vurğunu.


Vətənimi həsdiz öyən,

Əzəl Füzulim olubdu.

Cananıma Vətən deyən,

Gözəl Füzulim olubdu.


Vətən deyil ötən eşqim,

Vətənsizin heç nəsiyəm.

Tükənməzdir Vətən eşqim,

Mən Vətənin təşnəsiyəm.


Dadsam nəşə, çəksəm qəm də,

Vətənimdir eşqim Allah.

Gözəlləri çox sevsəm də,

Eşqim deyil heç kim Allah.


Ömür, şimşək çaxmasıdır,

Yasat insan insanlığı.

İnsan-insan doğmasıdır,

Qoru halal ad-sanlığı.


Saflıq qaynar şərqinizdə,

Halaldırsa ruzi, çörək.

Mən də varam çərkənizdə,

Son nəfəsim gələnə tək.


Şükür ollam kamil insan,

Əzmim, iradəm mətindir.

Məni öldürmək asan,

Məni yaşatmaq çətindir.


Mən boz qurdam, boz qurd varam,

Mənə çaqqal ulamasin.

Mən heç kimi dolamaram,

Məni heç kim dolamasın.


Saymaz “ağlı” məsdər məni,

Calanarlar calağına.

Kim dolamaq istər məni,

Dolanar öz dolağına.


Mömini mömindir duyan,

Mömindir mömin arayan.

Mömindir möminə əyan,

Allahdır mömin qoruyan.


Allah kimi təkəm mən də,

Mənəm kimsəsiz kəsi!!!

Göy altında, yer üstündə,

Allahın ən əziz kəsi!!!


Fəzail İsmayıl Böyükkişi

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi