AMEA-nın İqtisadiyyat İnstitunun professoru od püskürdü

AMEA-nın İqtisadiyyat İnstitunun professoru od püskürdü - QALMAQAL

"Hörmətli “Təzadlar” qəzetinin redaksiyası!

Baş elmi işçi vəzifəsində çalışdığım AMEA-nın İqtisadiyyat İnstitutunda neqativ hallarla bağlı və bu elm ocağına yaraşmayan olayların başında dayanan Nazim İmanovun bacarıqsızlığı barədə dərc edilən tənqidi məqalələriniz bir ziyalı, iqtisad elmləri doktoru, professor kimi məni rəhbərlik etdiyiniz “Təzadlar” qəzetinə müraciət etməyə sövq etmişdir. Eyni zamanda rəhbərlik etdiyiniz qəzetin ictimaiyyət arasında oxunaqlı və nüfuzlu olması, şəxsən rəhbərliyinizin prinsipiallğı kimi digər müsbət keyfiyyətlərini də bura əlavə etsəm, məqsədimi anlatmış olaram.
Çox hörmətli redaksiya! Bidirmək istəyirəm ki, hal- hazırda çalışdığım AMEA-nın İqtisadiyyat İnstitutuney direktore Nazim İmanov ilk günlərdən başlayaraq mənimlə ədavət aparmış, qərəzli münasibətini göstərməyə başlamışdır. Sanki mənimlə vaxtilə qonşu olmamış, vaxtilə Milli Məclisə üzv seçilərkən ailəliklə ona səsimizi verməmişik. Bəlkə mərhum qaynatası Bəkir Nəbiyevin “KQB”-nin polkovniki olmasını mən açıb ağartmışam? Yoxsa Nazim İmanovun Müasir Azərbaycanımızın Banisi, mərhum Ümummill liderimiz Heydər Əliyev şəxsiyyətinə və ideyalarına antipatiyasını mən xalqımıza bəyan edib bildirmişəm? Hələ üstəlik, AMİP lideri Etibar Məmmədova qthcbp lətifəkzh danışmasını Milli Məclisdə deputat olarkən həmkarlarına tətbiq edib kitab şəklində dərc etməsindən ki, bütün xalq məlumatlıdır! Mənim 1995-ci ildə mərhum ümummilli liderimizin səsinə ilk səs verib dəstəkləyənlərdən biri olduğumu, Yeni Azərbaycan Partiyası sıralarında olmağımla qürur duyduğumu daim Heydər Əliyev hakimiyyətinə müxalif olan və Heydər Əliyev ideyalarını qəbul edə bilməyən AMİP-çi Nazim İmanovun həzm edə bilməməsini də başa düşmək mümkündür...

Bütün bu və ya digər qanunsuz əməllər sahibi Nazim İmanov direktor kimi ilk əmrini məni plagiatlıqda ittiham edib işdən çıxartmaqla imzalayarkən Elmi Şurada “bu institutda ya sən işləməlisən, ya da mən” deyib, məqsədini nümayış etdirəndə cavabında bildirdim ki, “sən elmdən çox helmə yaxınsan, ərizə yaz özün get!”. Mənim qərəzli və qanunsuz işdən çıxarılmağıma hüquq müstəvisində baxıldı və mən məhkəmənin ədalətli qərarı ilə işimə bərpa olundum. Plagiatlıq sübut olunmadı. Əvəzində Nazim İmanov institutun bütün əməkdaşları qarşısında xar olub ona görə biabır oldu ki, mən işimə qayıtdım, o isə sözünün üstündə dayanmayıb istefa vermədi. Direktor kimi kollektiv qarşısında riakarlığını göstərdi... Məhkəmənin isə bərpamla bağlı Qətnaməsinin qisasını Nazim İmanov məndən Müdafiə və Dissertasiya Şuralarından qeyri-qanuni kənarlaşdırmaqla, keçirilən seçkilərdə iştirakıma mane olmaqla, elmi dərəcəyə görə məndən aşağı olanlarını vəzifəyə seçdirməklə aldı. Təbii ki, mənə qarşı bu qanunsuzluqlardan ölkə rəhbərliyinə və AMEA-nın rəhbərliyinə rəsmi müraciətlər ünvanladım. Hətta 

AMEA-nın Prezidenti Akif Əlizadə ilə görüşdüm və 88 yaşlı Akif Əlizadənin səhhəti ilə əlbəyaxa olduğunun şahidi olduğumdan, belə qənaətə gəldim ki, Nazim İmanovlar hələ çox meydan sulayacaq, qanunsuzluqlara imza atacaq!
Bu ilin 01.10.2018-ci il tarixində çalışdığım şöbədə məni Nazim İmanovun xəbərçilərindən, əlaltılarından birinin provakasiyaya çəkmək cəhdini görüb ziyalı kimi mövqeyimi, həmin provakatora bildirdim və bu kampaniyaya başçılıq edən Nazim İmanovla həmin vaxt görüşüb haqlı narazılığımı çatdırdım. O, dediklərimi dinləyib ölçü götürəcəyinə məni inandırdı. Amma belə olmadı. Nazim İmanov dörd gün keçəndən sonra yenidən şər və böhtan kompaniyasına start verdi. Nazim İmanov mənimlə intriqa aparmaq üçün qulbeçələrinə, əlaltılarına göstəriş verdi. Bununla bağlı izahat yazdım, ölkə rəhbərliyinə, AMEA-nın rəhbərliyinə ərizələr ünvanladım. Və nəticədə qondarma şayələrinin araşdırılmasından ötrü N.İmanov tərəfindən komissiya yaradıldı. Mən həm komissiyaya etirazımı bildirməklə yanaşı geniş izahat yazıb göstərdim ki, mənə qarşı böhtan və şər kompaniyasına rəhbərlik edən N.İmanov yerində olmayan birisidir, rəhbərlik etmək səviyyəsi yoxdur, idarəetmə haqqında anlayışı da sıfırdır. N.İmanov vaxtilə atasını da intihar həddinə çatdırdığı üçün atası özünə qəsd etmişdir! İntriqa yaratmaq, kollektivdə dəstələr formalaşdırmaq ona küçə mitinqlərindən keçən bir vərdişdir. N.İmanovun bacarıqsızlığı haqda Prezident Administrasiyasının Rəhbəri hörmətli akademik Ramiz Mehtiyevin də məlumatı vardır və mənə çatan məlumata görə barəsində ölçü götürülmək ərəfəsindədir. Qanunsuzluğun baş alıb getməsi narahatlıq doğurur və vəziyyətdən sui-istifadə edən N. İmanovun izahatımın dəyişdirilməsindən ötrü bir neçə qulbeçələrindən dəfələrlə yanıma xahişə -minnətə göndərdiklərinə etiraz etməklə dəyişməz mövqeyimi sərgilədim. Artıq mənə qarşı yeni məkrli planlar hazırlanmasına göstəriş verən Nazim İmanovun barəsində əlaqədar təşkilat rəhbərlərinə müraciətlər imzalamışam...

Hörmətli Baş redaktor! Bu haqda Sizin ünvanınıza da ərizə göndərmişəm və yenidən Sizlərdən xahiş edirəm, qeyd etdiklərimi ictimailəşdirməyinizi, haqq səsimi Möhtərəm cənab Prezident İlham Əliyevə, ölkəmizin Birinci Vitse-Prezidenti Mehriban xanım Əliyevaya çatdırasınız!
Dərin hörmətlə,
İqtisad elmləri doktoru, professor Qafarov Ağadadaş Həsrət oğlu 
Redaksiyadan: müraciət olduqca sərt yazıldığından bəzi ifadələr redaktə edilmişdir. AMEA-nın İqtisadiyyat İnstitutunda yaranmış münaqişəli vəziyyətə aydınlıq gətirilməsi üçün direktor Nazim İmanovun iş telefonuna dünən və bu gün dəfələrlə zəng etsək də, onun tədbirdə olduğunu bildirdilər… N.İmanovu da dinləməyə hazırıq. \\tezadlar.az\\ 

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi