Ancelina Coli tənha qalmaqdan sıxıldığını etiraf etdi

Ancelina Coli tənha qalmaqdan sıxıldığını etiraf etdi 

Adətən fərdiliyə üstünlük verən Ancelina Coli Bred Pittdən boşandıqdan sonra tənhalıqdan şikayət edib.

Aktrisa “Onlar əvvəlcə atamı öldürdülər” adlı yeni filmini reklam edir.

“Sandi Teleqraf” qəzetinə müsahibəsində Oskar qalibi heç vaxt tənha olmaq istəmədiyini, ümumiyyətlə tənhalığın heç bir üstün tərəfinin olmadığını deyib.

Ürəkağrıdan etiraf onun 12 il Bred Pittlə evliliyinin ardınca boşanmasından sonraya təsadüf edir.

Son bir neçə il Ancelina Coli üçün çətin olub. 2013-cü ildə döş xərçəngi ehtimalının qarşısının alınması məqsədi ilə onun üzərində ikiqat mastektomiya əməliyyatı aparılıb. 2015-ci ildə isə o, yumurtalıqlarını da çıxartdırıb və bu yaxınlarda aktrisa yüksək qan təzyiqi və üz sinirinin iflici xəstəliyindən əziyyət çəkir.

“Onlar əvvəlcə atamı öldürdü” filminin ekranlara çıxmasından sonra Ancelina  yəqin ki, fərdi həyat tərzini davam etdirəcək.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi